Şrift:
Rusiyanın tənqidinə dözmədilər
02.12.2016 [14:01] - Xəbərlər, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyasının açıqlaması

Rusiya hökumətinin Ermənistanla hərbi birlik yaratmaq barədə verdiyi qərar və bu ölkənin silahlandırılması istiqamətində daha da fəallaşması Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb oldu.
Rusiyanın Azərbaycana qarşı təhdid xarakterli bu təxribatına etirazlar Milli Məclisdə millət vəkilləri tərəfindən də səsləndirildi.
Rusiyanın işğalçılıq və imperiyaçılıq siyasətinə qarşı ən kəskin mövqeyi ilə tanınan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə daha sərt mövqe ortaya qoyaraq, adekvat addımların və konkret tədbirlərin görülməsini təklif etdi. Partiya sədrinin təklifləri ondan ibarət oldu ki, Rusiyanın mövqeyi və yürütdüyü siyasətin mahiyyəti açıq şəkildə ortadadır və bunun qarşısını almaq üçün Azərbaycan NATO-ya tamhüquqlu üzvlüklə bağlı müraciət etməli və “Qars Müqaviləsi”-ni rəhbər tutaraq Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsini təmin etməlidir. Eyni zamanda Ermənistanın-Azərbaycan müharibəsinin dinc yolla həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunda həmsədr olan Rusiyanın işğalçı tərəfə bu şəkildə hərbi-siyasi dəstəyin verməsinin yolverilməz olduğunu və Rusiyanın həmsədrlikdən uzaqlaşdırılmasının və Rusiya ilə münasibətlərə yenidən baxılmasının vacibliyini bildirdi.
Fərəc Quliyevin bu sərt mövqeyi və tutarlı təklifləri Rusiyanın Azərbaycanda olan “5-ci kalonu”-nu dərhal hərəkətə keçməyə məcbur etdi. Sözügedən şəbəkə ictimai rəyi yumşaltmaq və məsələnin mahiyyətini yalnış istiqamətdə izahlandırmaq üçün təbliğata başlayıb. Hətta, həmişə olduğu kimi, özlərini milli düşərgənin adamları olaraq təqdim edib, ən kritik məqamlarda əvvəl kommumunistlərin, sonra isə onları əvəz edərək Rusiyanın maraqlarını təmin edən “5-ci kalon”-un yanında yer alanlar müxtəlif açıqlamaları ilə Rusiyaya olan etirazların sifarişli olmasını belə dilə gətirirlər.
Belə açıqlamalardan birini də “Yeni Müsavat” qəzetinin politoloq kimi münasibət öyrəndiyi Qabil Hüseynli verib. O, daha da qabağa gedərək, Milli Məclisdə Rusiyanın Azərbaycana yönəlmiş təhdidinə qarşı çıxaraq adekvat addımların atılması ilə bağlı millət vəkillərinin hökumətə verdiyi təklifləri belə, sifarişli adlandırıb. Millət vəkillərinin tutarlı təkliflərinə bu cür “sözardı” vermək, bayaq qeyd etdiyimiz kimi, ictimai rəydə məsələni yumşaltmaq və mahiyyətini dəyişmək məqsədinin bir hissəsidir.
Ad çəkilməsə də belə, umumi müraciətlə, həyatını Azərbaycanın müstəqilliyi, ərazi bütovlüyü və inkişafına həsr etmiş insanları da bir çərçivəyə salıb sifarişli işləyənlər kimi təqdim etmək, eyni zamanda bu cür insanların mövqeyini ictimai rəydə aşağı salmaq məqsədi güdür ki, bunun da hansı qüvvələrin maraq dairəsində olması bəllidir.
Milli Məclisdə Rusiyayanın Azərbaycana qarşı olan son hərbi addımlarına sərt etiraz edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev, Sovet İmperiyasına qarşı başlanmış Azərbaycan Milli Azadlıq Hərəkatının və Sərhəd Hərəkatının liderlərindən biri, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan 3 nəfərdən və onun leyhinə səs verən 43 istiqlalçı deputatdan biri, Azərbaycanın ərazi bütövlüyü uğrunda cəbhədə döyüşərək, Rusiya hərbiçilərinə qarşı uğurlu hərbi əməliyyatları ilə prezident tərəfindən milli qəhrəman adına layiq görülmüş və bu addan imtina etmiş, dönməz siyasi mövqeyinə görə 7 il həbsdə qalmış və azadlığa çıxdıqdan sonra isə sərgilədiyi siyasətdə və millət vəkili kimi fəaliyyətində daim milli maraqları rəhbər tutmuş və Rusiyanın ölkəmizə qarşı yürütdüyü siyasətə qarşı daim mübarizə aparmışdır.
Fərəc Quliyevin təkcə Rusiyanın Ermənistana verdiyi hərbi dəstəyə qarşı olan və beynəlxalq tədbirlərdə ifşaedici çıxışlarını toplasaq belə bir neçə yüz səhifəlik kitab çap etmək olar.
Təbii ki, belə liderə qarşı imperiya nökərlərinin apardığı təbliğat səngiməz və verdiyi təkliflər də onların ağalarında narahatlıq doğurar.
Fərəc Quliyevi sifarişli çıxışçı hesab edilməsinə gəlincə isə, son 5 ildə onun etdiyi çıxışlarının və müsahibələrinin toplandığı sayt linkini yazının sonuna əlavə edərək, nəinki Rusiyanın Azərbaycan əleyhinə yürütdüyü siyasətlə bağlı, ümumiyyətlə bütün məsələlərə yanaşmada Fərəc Quliyevin mövqeyinin dəyişməz və davamlı olduğunu faktla sübut edirik:
http://davam.az/muscx


MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed