Şrift:
Güney Azərbaycan Xəbərləri
26.03.2012 [17:13] - Güney Azərbaycan xəbərləri
Təbrizin bütün kişi bərbərxanalarına sərtləşdirilmiş iş rejimi tətbiq edib
Güney Azərbaycan Xəbərləri





Şərqi Azərbaycanın ictimai yerlərə nəzarət idarəsi (Əmakin) Təbrizin bütün kişi bərbərxanalarına sərtləşdirilmiş iş rejimi tətbiq edib və Kişi bərbər xanalarına göstəriş ünvanlayıb.Göstərişin 4-cü bəndi İran rejiminin şovinisti mövqeyinə dəlalət edən növbəti faktdır.4-cü bənd açıq-aşkar elan edir ki, iş yerləri ancaq fars dilində adlanmalıdır.Qərar 19 maddədən ibarət dir .Bütün madələr insanların hüquq və azadlılarına qarşı nəzərdə tutulub.


Azərbaycan Milli Hərəkatının öyrənci fəalı Mehrdad Kərəminin saxlanma qərarı yenidən uzadılıb
Güney Azərbaycan Xəbərləri






Məlumata görə, Mehrdad Kərəmi barədə çıxarılan saxlanma qərarı 10 gün uzadılıb.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal, hazırda Təbriz zindanda saxlanılır. O, 2011-ci il dekabrın 24-ü (1390-cı il deyin 3-ü) Təbrizdə universitetə gedərkən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb.

Güney azərbaycanlı milli fəal Aydın Xaceyi tutuqlandı
Güney Azərbaycan Xəbərləri






Şənbə günü 1391 –ci il fərvərdin ayının 5 –də 24 mart 2012-ci il tarixində GüneyAzərbaycan milli hərəkatının tanınmış fəalı Təbrizdə evlərindən çixarkən bilinməyən şəxslər tərəfindən yaxalanıbdır.Soydaşmızın harda saxlanıldığı haqda bir məlumat yoxdur amma güman edilirki 6 aylıq zindan hökmunu çəkmək üçün yaxalanıbdır. Aydın Xaceyi Azərbaycan milli hərəkatının fəalı 1389 –cu ilin ordibeheşt ayının 29-da milli qiyamın il dönümü ərəfəsində Yeni Gamoh üzvləriyle birgə 160 gün İttilaat idarəsinin bazdaşxanasında işgəncələrə məruz qaldıqdan sonra, 220 milyon mülkü vəsiqə qarşılığında azad olmuşdur və Təbriz İnqilab məhkəməsi ona 6 ay təziri həbs hökmü vermişdi.Soydaşımıza vurulan ittihamlar Yeni Gamoh təşkilatına üzv olmaq , ölkə əmniyətini təhlükəyə salmaq , nizamın əleyhinə təbliğatlar aparmaq, biganərlə irtibatda olmaq olmuşdu.
Güney Azərbaycanda Məlikan şəhərində divarlar milli şüarlarla bəzədilib
Güney Azərbaycanda milli zəmində gedən mübarizə müxtəlif formalarda davam etdirilir.Məlumata görə, Məlikan şəhərində divarlar gənclər tərəfindən milli şüarlarla bəzədilib.Həmin şəhərdə İcra Hakimiyyəti və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aid divarlar üzərində “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “Oyan Azərbaycan”, “Türk dilində mədrəsə”, “Haray Haray mən türkəm” və ... kimi şüarlar yazılıb.

SƏFƏR ƏBİYEV İRANIN GÜNDƏMİNƏ
Güney Azərbaycan Xəbərləri






Keçən həftə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İranda səfərdə oldu.
Bildirək ki, neçə gündür İranın təbliğat maşını həmin səfəri Azərbaycan əleyhinə istifadə etməkdədir. Hətta nazirimizin İran mətbuatı qarşısındakı çıxışından da gen-bol yararlanırlar.
Bu işdə xüsusi olaraq fərqlənəni isə artıq Azərbaycan əleyhinə fəaliyyətdə ad çıxarmış «Səhər» kanalıdır.İranda olarkən müdafiə naziri Səfər Əbiyevdən molla rejiminin jurnalistləri bu günlərdə İsraillə bağlanan hərbi müqavilə əlaqədar suallar da veriblər.
Həmin sualları cavablandırarkən nazirimizin dilinin topuq vurduğu açıq-aydın görünür və bu kadrı da «Səhər» kanalı durmadan yayınlayır.Müşahidələrimiz nəticəsində şahidi olduq ki, İran kanalı eyni zamanda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi də kəskin şəkildə tənqid edir.
PA rəhbərini yəhudilərlə işbirliyində ittiham edən molla təbliğat maşını bu işdə bəzi müxalifət qəzetlərini də Ramiz Mehdiyevə işləməkdə suçlayır.Qeyd edək ki, dəfələrlə «Səhər» kanalının antiAzərbaycan fəaliyyəti hətta hökumətlərarası müzakirələrin də predmeti olub.
Amma buna rəğmən, dəfələrlə rəsmi Tehranın bu əkstəbliğata son qoyacağı ilə bağlı vədlər verməsinə baxmayaraq, dünən günboyu «Səhər» kanalında Azərbaycanın dövlət rəsmiləri çox təhqirdici ifadələrlə aşağılanıblar.
Hər halda, bu kimi faktların qarşılığında hər dəfə «biz İranla mehriban qonşuluğun tərəfdarıyıq» şəklində açıqlama verən rəsmi Bakının molla rejiminə layiqli cavab verməsinin tam zamanı yetişib.
Çünki hədəfdə istənilən halda Azərbaycanın dövlət müstəqilliyi və Azərbaycan xalqıdır.Onu da qeyd edək ki, Səfər Əbiyevin İran səfəri tək molla mətbuatının qarşısında özünü itirməsi ilə yadda qalmayıb. O, həm də tərsinə asılmış dövlət bayrağımızın önündəki fəxri duruşu ilə də polemikaya nədən olub.

İSLAMDAN XRİSTİANLIĞA KEÇƏN GƏNC ÖLKƏDƏN ÇIXMAQ İSTƏYƏNDƏ TUTULUB
Güney Azərbaycan Xəbərləri







6 il əvvəl islamı tərk edərək xristianlığı qəbul edən gənc iranlı Əlirza Seyidiyan tutulub. Hadisə 5 gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.
Əlirza Seyidiyan martın 14-də ölkədən çıxmaq istəyəndə tutularaq bilinməz istiqamətə aparılıb. Gənc xristianın hazırda harada saxlandığı bilinmir.
Əlirza Seyidiyanın üzərində məhkumluq var. Belə ki, Tehran məhkəməsi “İran kilsəsi” adlı kilsənin üzvü olan Əlirza Seyidiyanı ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və dövlət quruluşu əleyhinə təbliğat aparmaqda təqsirli bilərək 6 il müddətinə həbsə, 18 min dollar pul cəriməsinə və 90 şallaq zərbəsinə məhkum edib. Amma Əlirza Seyidiyan 30 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

ŞRİ-LANKA İRAN NEFTİNDƏN İMTİNA ETDİ
Güney Azərbaycan Xəbərləri







Şri-Lankanın Neft Nazirliyi İran neftindən imtina edib Nazirliyin yaydığı bəyanatda İrandan neft idxalının martın 29-dan tam dayandırılacağı bildirilir.
İrandan neft idxalının dayandırılması Qərbin İrana qarşı sanksiyaları ilə əlaqələndirilir. Şri-Lankanın Neft Nazirliyi İrandan aldığı neftin yerinə Səudiyyə Ərəbistanı və İraq neftini idxal etmək barədə təkliflər aldığını bildirib.
Şri-Lanka idxal etdiyi neftin 92 faizini İrandan alır.

BLOQÇU MÜVƏQQƏTİ AZADLIĞA BURAXILIB
Güney Azərbaycan Xəbərləri




Bloqçu Mehdi Xəzəli Tehranın Evin zindanından buraxılıb.
ETTELAAT əməkdaşları İran İslam Respublikası Üləmalar Məclisinin iqtidaryönlü üzvü ayətullah Əbülqasım Xəzəlinin oğlu olan müxalif bloqçunu yanvarın 9-da tutmuşdu. loqçu tutulduğu gündən həbsinə və ölkədə vətəndaşlara qarşı ədalətsizliyə etiraz olaraq aclıq edib, səhhətində ciddi problemlər yarandıqdan sonra 10 gün əvvəl aksiyanı dayandırıb. Müxalif bloqçunun son dərəcə zəiflədiyi, 30 kilodan çox arıqladığı bildirilir.
Mehdi Xəzəlinin müvəqqəti azadlığa buraxılması anasının zəmanəti ilə mümkün olub. Bir neçə xəstəlikdən əziyyət çəkən bloqçunun ciddi müalicəyə ehtiyacı olduğu vurğulanır.
Tehran məhkəməsi Mehdi Xəzəlini bloqunda hakimiyyətə qarşı yazılar yaymaqda, hakimiyyətə qarşı təbliğatda və qanunsuz silah saxlamaqda günahlandıraraq 14 il həbsə, 10 il sürgünə və 90 şallaq zərbəsinə məhkum edib.
Hakimiyyəti və hökumət başçısı Mahmud Əhmədinejadı tənqid etdiyinə görə bir neçə dəfə həbsə salınan Mehdi Xəzəli 2011-ci ilin noyabr ayında İranın dini lideri ayətullah Əli Xamneyiyə məktub yazaraq onu ətrafındakı yaltaqları özündən uzaqlaşdırmağa və cəmiyyətdəki reallıqlarla bitərəf mənbələrin vasitəsilə tanış olmağa çağırmışdı.
Bu xəbər oxucular tərəfindən 1981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed