20.01.2017 [14:01] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Fərəc Quliyev: "İranın öz ayətullahlarının risalələrində var ki, qəsb olunmuş yerdə dəstəmaz alıb namaz qılmaq belə qəbul edilmir"
İran prezidenti Həsən Ruhaninin Ermənistan, Qazaxıstan və Qırğızıstana səfər edəcəyi bildirilir. İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib ki, H.Ruhani region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədilə dekabrın 21-də Ermənistana səfər edəcək.
P.İsmaili bildirib ki, birgünlük səfər zamanı H.Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcə də səfər çərçivəsində iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.
P.İsmaili bildirib ki, H.Ruhani Ermənistandan sonra Qazaxıstana səfər edəcək. Qazaxıstanda da birgünlük səfər çərçivəsində iki ölkənin prezidentləri görüşəcək və bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkə prezidentinin birgə mətbuat konfransı keçiriləcək. Dekabrın 22-də isə H.Ruhani Qazaxıstandan Qırğızıstana səfər edəcək. Qırğızıstan və İran iqtisadi fəallarının iştirakı ilə birgə forum keçiriləcək, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün bir neçə sənəd imzalanacaq.
Səfərdə prezident H.Ruhanini bir neçə nazir və İranın özəl sektorunda çalışan şirkət rəhbərləri müşayiət edəcək.
H.Ruhaninin region ölkələrinə səfəri dekabrın 23-də başa çatacaq.
Təbiidir ki, hər bir ölkənin müstəqil xarici siyasət kursu yürütmək kimi haqqı var. Ancaq İsrail baş nazirinin bu yaxınlarda Azərbaycana reallaşan səfərinə İran rəsmi səviyyədə etiraz bildirdi. Bunu da belə izah edirdilər ki, İsrail müsəlmanları incidən dövlətdir, bir müsəlman ölkəsi kimi Azərbaycanın onunla münasibət qurması məqbul deyil. Belə olan təqdirdə sual yaranır: Bəs müsəlmanların torpağını işğal edən Ermənistanla başqa bir dini-teokratik modelli bir ölkənin bu cür mehriban olması məqbuldurmu?
Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, İranın Netanyahunun səfərinə deyilən şəkildə reaksiya verməsi bizim daxili işlərimizə qarışmaqdan başqa nəsə deyil: "İranın öz ayətullahlarının risalələrində var ki, qəsb olunmuş yerdə dəstəmaz alıb namaz qılmaq belə qəbul edilmir. Dini qanunlarla idarə olunan İran isə bunun əvəzində müsəlmanların torpağını qəsb edən və uzun müddət işğal altında saxlayan bir ölkə ilə çox yaxın təmaslar qurur. Hətta ona lazım olan şəkildə yardım edir. Hətta belə faktlar var ki, işğal edilmiş ərazilərdəki bəzi məhsullar İrana satılır. Bir növ, İran həmin ölkəyə süni nəfəs verir. Bizim icazəmiz olmadan, öz sərhədləri vasitəsilə işğal altında olan məscidləri təmir etdirir. Nədənsə, bunları görmək istəməyən İran hökuməti bizim müttəfiqlərlə aramızı vurmaq istəyir. İsrail bizim ən yaxın müttəfiqimizdir. İstənilən sahədə bizimlə yaxından əməkdaşlıq edir. Hətta hərbi sahədə bizə lazım olan dəstəyi göstərir. İran çaılışır ki, onları bizdən ayırmaqla Azərbaycanı daha da zəif duruma salsın. Biz bunlara fikir vermədən öz müstəqil siyasətimizi yürütməliyik".

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 1329 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |