Şrift:
Saakaşvili ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib
07.01.2017 [10:43] - Gündəm, Siyasət
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisinin keçmiş meri Gigi Uqulavanın "qanunsuz həbs"dən azad olunmasını alqışlayıb və xalqla görüşmək üçün ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib.
Bu barədə o, öz "Facebook" səhifəsində yazıb.
"Mən şadam ki, o (Uqulava) Milad bayramını öz uşaqları və dostları ilə qeyd edəcək... biz ondan digər siyasi məhbusların dərhal azad olunmasını və mənə dərhal xalqla görüşmək və yanvarın 20-də "Vahid Milli Hərəkat"ın qurultayında iştirak etmək üçün Gürcüstana gəlmək hüququnun verilməsini tələb etməliyik", - deyə M.Saakaşvili qeyd edib.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed