Şrift:
Baş nazir: "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir"
14.01.2017 [10:39] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
"Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir".
Ermənistan KİV-i xəbər verir ki, bunu Ermənistanın baş naziri Karen Karapetyan hökumətin 100 günlük işinə həsr olunmuş mətbuat konfransında bildirib.
"İqtisadiyyatımızın ağır vəziyyətdə olduğunu artıq bildirmişəm. Bu gün bu vəziyyət qalmaqdadır. Amma bu, o demək deyil ki, vəziyyət nəzarətdən çıxıb" - K.Karapetyan vurğulayıb.
Baş nazir hökumətin dəyişiklik proqramını təqdim etdiyini deyib.
O, Ermənistanın "böyük iqtisadi sistemi"ni bir gün ərzində dəyişməyin qeyri-mümkün olduğunu da söyləyib.
Bu xəbər oxucular tərəfindən 895 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed