Şrift:
Daşnakların İran təmsilçisi: “İran Qarabağ məsələsində Ermənistanın tərəfindədir»
04.04.2012 [11:33] - Güney Azərbaycan xəbərləri
Çeşidli ölkələrin mütəxəssisləri uzun illər ərzində İslam Respublikasının işğalçı Ermənistanı müdafiə etdiyi haqda fikrilər söyləyir.

Tehran hakimiyyəti isə bunun əksini deməklə, tərəfsiz mövqe tutduğunu sübut etməyə səy göstərir.

“Erkir” qəzetinə istinadən yayılan məlumata görə, daşnakların Tehrandakı “Ay data” ofisinin başçısı Surik Abnusyan Türkiyənin xarici siyasətlə bağlı apardığı təbliğatı dəyərləndirərkən bu məsələdən də danışıb. “Ermənilərin İrandakı icmasının əsas fəaliyyəti xariclə və İslam Respublikasının ziyalıları arasında müsbət münasibət qurmağa yönəlib. Daxili sahədə isə biz yeni erməni nəslini erməni soyqırımı haqda məlumatlandırırıq” - deyə, daşnakçıların Tehrandakı təmsilçisi söyləyib.

Onun sözlərinə görə, ermənilərin İrandakı icmasını uzun tarixi var: “Biz burada hər kəslə fərdi şəkildə işləyib, erməni tarixi haqda məlumat veririk”. Daşnak təmsilçisi hesab edir ki, siyasi sahədə hələ çoxlu iş görülməlidir, amma iranlılar bu ölkədə yaşayan ermənilərlə xoş davranır. O, Qarabağ məsələsində İranla bir olduqlarını bəyan edib: “Əlbəttə, onların belə bəyanat verməsi heç arzu da olunmur. Hətta onlar bunu bildirməsələr də, İran Qarabağ məsələsində Ermənistanın tərəfindəndir. Təəssüflər olsun ki, soyqırım məsələsində hələ də bilgisizlik mövcuddur”.
Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed