Şrift:
Güney Azərbaycan Xəbərləri
05.04.2012 [15:25] - Güney Azərbaycan xəbərləri
Nasir Derazşəmşir (Aydın Muğanlı) işinə Təbriz İnqilab Məhkəməsində baxılıb
Güney Azərbaycan Xəbərləri





Güney azərbaycanda tanınmış milli fəal 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan Respublikasına casusluq etməkdə, hakimiyyətin əleyhinə təbliğat aparmaqda və qanunsuz yolla pul qazanmaqda ittiham olunan Nasir Derazşəmşir (Aydın Muğanlı) işinə Təbriz İnqilab Məhkəməsində baxılıb. Azərbaycanlı fəal İranın islam cəza qanununun 501-ci maddəsinə əsasən həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, N. Derazşəmşir 2011-ci ilin avqustun 6-da Muğan şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib.

Azərbaycanlı fəal Behnam Şeyxi yoxa çıxıb
Güney Azərbaycan Xəbərləri





Azərbaycanlı fəal Behnam Şeyxi öz ata evindən çölə çıxıb və hələlik geri dönməyib.Behnam Şeyxi aprel 2-də (fərvərdinin 14-də) Ərdəbil şəhərində yoxa çıxıb. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsindən vəsiqəsi və şəxsi əşyalarını geri almaq üçün Təbrizə getmək istəyən azərbaycanlı fəaldan hələlik heç bir xəbər yoxdur. Ehtimal edilir ki, o təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.Qeyd edək ki, Behnam Şeyxi milli-mədəni zəmindəki fəaliyyətlərinə görə bu günə qədər dəfələrlə tutulub və həbs edilib. Onun barəsində 5 illik asılı (təliqi, şərti) həbs qərarı da var.

MİLLİ FƏALLARIN ZİNDANDAKI ŞƏRAİTLƏRİ DAHA DA ÇƏTİNLƏŞDİ, XƏSTƏLƏNƏNLƏR VAR
Güney Azərbaycan Xəbərləri






Təbriz zindanının mali bölməsində saxlanılan mühəndis İbrahım Rəşidi, Mehrdad Kərəmi, Ruzbeh Səadəti, Əfşin Şahbazi və Məhəmməd Əhədi, zindanın narkamanları saxlanılan Metadon adlı bölməyə verilmişdir. Normalda zindanın bu bölməsi, uyuşdurucu maddələrə alışanlar saxlanılırlar. İttilaatın sifarişi ilə Milli fəalları daha çox əziyyət etmək məqsədi ilə bu bölməyə göndərmişlər.Bu bölmə təmizlik baxımından olduqca pis durumdadır. Milli fəallar bu bölməyə verildikdən sonra viruslu xəstəliklərə yoluxublar. O cümlədən İbrahım Savalanın(Rəşidi) bağırsaqlarında problem yaranmış, diş ətində də çirklənmə baş vermişdir. Ruzbeh Səadətinin isə Midə və diş ətlərində xəstəliklər var. Milli fəallar bu bölməyə getdikdən olduqca əziyyətli bir durumda saxlanılır. Başqa milli fəallarımızda da oxşar xəstəliklər gözə dəyir.Xatırladaq, bu milli fəlların tutuqlanmasından aylar ötməsinə baxmayaraq, hələ də bəlli olmayan bir durumda , heç bir məhkəmə iclası keçirilmədən saxlanılırlar.


Murtaza Əvəzpur və Həsən Rəncbər həbs olunublar
Güney Azərbaycan Xəbərləri






Azərbaycanlı fəal Murtaza Əvəzpur xalaoğlusu Həsən Rəncbərlə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar. Məlumata görə, azərbaycanlı fəallar, Murtaza Əvəzpurun atası mərhum Sadiq Əvəzpurun yas mərasimi zamanı həbs olunublar. Onlar yas mərasimi ilə bağlı türkcə yazılmış Bildirişləri yaydıqlarına görə tutulublar.Adını çəkdiyimiz azərbaycanlı fəallar, aprelin 2-i (fərvərdinin 14-ü) Təbriz şəhərində yaxalanıblar.Həbsdə olan güney azərbaycanlı fəalların vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Meşkinşəhrdə yaxalanan soydaşlarımıza təzyiq edilir
Güney Azərbaycan Xəbərləri





Təbiət günü (1 aprel) Güney Azərbaycanın Meşkinşəhr (Xiyav) şəhərində yaxalanan soydaşlarımıza təzyiq olur.Urmu Gölünün qurudulmasına etiraz edən soydaşlarımız Əli Xani və Mehdi Məhəmmədi təhlükəsizlik qüvvələrinin təzyiqləri altında saxlanılır.Məlumata görə, adını çəkdiyimiz soydaşlarımızdan ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) diqqət mərkəzində olan bir neçə nəfərin kimliyi ilə bağlı ifadə vermələri tələb olunur.

“Traxtur” takımı növbəti müsabiqəyə hazırlaşır
Güney Azərbaycan Xəbərləri





Milli takımımız “Traxtur” növbəti müsabiqəyə hazırlaşır. Yarış “Traxtur”la “Fəcr-i Sepasi” arasında keçiriləcək.İran üzrə superliqa rəqabətlərinin 29-cu həftəsində keçiriləcək müsabiqə Təbrizin səhənd stadionunda (stadyom) keçiriləcək.Sabah (aprelin 6-i , fərvərdinin 18-i) Təbriz vaxtı ilə saat 17:00-da başyalacaq müsabiqəyə çoxsaylı “Traftur” tərəfdarının qatılacağı gözlənilir.

İRANDA GƏNC BƏHAİ QADIN TUTULUB
Güney Azərbaycan Xəbərləri





İranda bəhai dininə mənsub gənc Nigar Mələkzadə tutulub. Hadisə üç gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.
Məlumata görə, ETTELAAT-ın Məşhəd şöbəsinin əməkdaşları aprelin 2-də Nigar Mələkzadəni bir sıra ifadələr vermək üçün şöbəyə çağırıb dindirdikdən sonra tutublar.
Nigar Mələkzadə son vaxtlar bəhai gənclərin əl işlərindən ibarət bir sərgi keçirdiyi üçün dəfələrlə təhdid edilib. Bir məşhədli bəhainin evində təşkil edilən həmin sərgidən əldə olunan pulların qeyri-bəhai yoxsul uşaqlar arasında paylanması planlaşdırılıbmış.
Nigar Mələkzdənin hazırda harada saxlandığı və konkret nədə günahlandırılması haqda məlumat yoxdur.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min nəfər bəhai yaşayır. İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası bərqərar ediləndən bu ölkədə 200-dən çox bəhai edam olunub.

İran üzünü Rusiyadan ABŞ-a sarı döndərir
Güney Azərbaycan Xəbərləri






İranın keçmiş prezidenti, ölkə məsləhət şurasının sədri Ələkbər Rəfsəncani özünü ölkəsinin düşdüyü vəziyyətdən çıxmağa çalışanlar kimi göstərməkdədir.

Tehran çıxan «Şərq» qəzetinə istinadən yayılan məlumatda bildirilib ki, o, İslam Respublikasının ABŞ-la münasibətlərinin dalana dirəmədiyini söyləyib.

«International Studies Journal»-ının rəhbərliyi ilə görüşündə Rəfsəncani iki ölkə arasında danışıqların başlamasının vacibliyini vurğulayıb: «Rusiya, Çin, Avropa kimi ABŞ da dünyanın aparıcı gücüdür. Əgər biz Avropa və Çinlə razılaşırıqsa, onda nədən Amerika ilə birbaşa danışıqları qurmayaq?» Görüşdə İranın yaxın on il üçün planından da danışılıb.

Rəsfsəncani islama inandığını, bunun başqa ideologiyaların daşıyıcıları ilə danışıqlar aparmaq üçün əngəl törətmədiyini də söyləyib. Keçmiş prezident ayətulla Xomeyniyə yazdığı məktubu xatırladaraq, deyib: «Mən o zaman Xomeyniyə 7 məsələyə ilə bağlı məktub yolladım. Onda bildirmişdim ki, hələ ki ali rəhbərdir, o bu sayaq problemləri həll etməlidir. Əks halda belə məsələlərin problem yaradacağını vurğulamışdım».

O, əlavə edib ki, məktubdakı məsələlərdən biri İranla ABŞ arasında danışıqlarla bağlı olub: «Danışıqlar ABŞ-ın marionetkası olmağımız demək deyil. Əgər onlar bizim, biz onların mövqeyini qəbul etsək, o zaman danışıqlarımız uğurlu olar».

Xatırladaq ki, hələ bir müddət öncə İran parlamentinin üzvlərindən biri Rusiyanın etibarsız olduğunu, Moskva ilə əməkdaşlıq etməkdənsə Avropaya üz tutmağı məsləhət görmüşdü.

Ötən ay İranın keçmiş prezidenti Ələkbər Haşimi-Rəfsəncani yerli «Euroasiya» araşdırma mərkəzinin saytına müsahibəsində İslam Respublikası ilə Rusiya arasında münasibətlərin «çox kövrək» olduğunu söyləmişdi. Hazırda ölkə məsləhət şurasının başçısı iki dövlət arasında son illərdə əlaqələrin «soyduğunu!» deyib. Onun sözlərin görə, buna səbəb Rusiya xarici siyasətinin «ikili xarakterli» olmasıdır: «İran «soyuq savaşdan» sonra dünya siyasətini yanlış dəyərləndirdi. Rusiya ilə İran arasındakı əlaqələrdə olan dəyişiklik Moskvanın yeni xarici siyasi kursu ilə bağlıdır».

Onun fikrincə, əvvəllər Kremlin xarici siyasəti Tehranınkı ilə ümumi maraqlar və təhlükəsizlik məsələləri baxımından biri-birinə bənzəyirdi, ancaq indi Moskva Qərblə əməkdaşlığa üstünlük verən, öz iqtisadi inkişafını və milli maraqlarına uyğun xarici siyasət kursu yerdir.
Bu xəbər oxucular tərəfindən 2071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed