Şrift:
İran Milli Neft Şirkəti: Ermənistan İrandan neft məhsulları almağa başlayıb
09.04.2012 [16:38] - Güney Azərbaycan xəbərləri
ECONOMICS. Ermənistan İrandan neft məhsulları almağa maraq göstərir.“Armenia Today”ə istinadən xəbərinə görə, bu barədə İran Milli Neft Şirkətinin satış üzrə icraçı direktoru Cəlil Salari bildirib.Onun sözlərinə görə, neft məhsullarını Gürcüstan vasitəsilə almaq iqtisadi baxımdan Ermənistana sərf etmir: “Ona görə də Ermənistan İrandan neft məhsulları idxal etməyə başlayıb”.C.Salari qeyd edib ki, ilkin mərhələdə İranın özəl sektoru neft məhsullarını avtomobil yolları vasitəsilə ixrac edəcək, sonradan isə bu iş boru kəmərləri vasitəsilə davam etdiriləcək.Qeyd edək ki, bu ilin fevral ayında İran və Ermənistanın energetika nazirləri arasında imzalanmış sazişə əsasən, İran Ermənistana benzin, dizel yanacağı və aviasiya yanacağı ixrac edəcək.
Bu xəbər oxucular tərəfindən 1303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed