Şrift:
BDU-nun yataqxanaları nə vaxt boşalacaq?
11.04.2012 [09:44] - Sosial
Valideynlərindən biri məcburi köçkün olan ailərin uşaqları məcburi köçkün kimi “çörəkpulu” ala bilməz. Bunu “Dövlətqaçqınkom”dan bildiriblər.

“2011-ci il yanvar ayının 1-dən qüvvədə olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair təlimatın 4.2 bəndinə əsasən, hər iki valideyni məcburi köçkün statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq muavinət verilir. Əgər valideynlərdən biri məcburi köçkün deyilsə, ailədə dünyaya gələn uşaqlar yemək xərci müavinəti ala bilməzlər”-deyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bəzi şəxslərin “çörəkpulu”na olan iddialarını şərh edərkən bildirib.

“Dövlətqaçqınkom” sözçüsü çoxdandır boşaldılacağı gözlənilən Bakı Dövlət Universitetinin yataqxanalarına dair sualı da cabvablandırıb. Deyib ki, BDU-nun 7 yataqxanasında məskunlaşmış 758 məcburi köçkün ailəsinin çoxmərtəbəli yaşayış binaları tikilməklə, köçürülmələri üçün Abşeron rayonunun Masazır kəndi ərazisində 12 ha torpaq sahəsi ayrılıb. Yeni məhəllənin müvafiq mühəndis kommunikasiyalarla təmin edilməsi üçün MKSİF tərəfindən aidiyyəti təşkilatlara müraciətlər edilib və texniki şərtlər alınıb. E.Qədinovun sözlərinə görə, tikinti işlərinə yaxın zamanlarda başlanılacaq. Yeni evlər tikiləndən sonra yataqxanalardakı məcburi köçkünlər həmin binalardakı mənzillərdə yerləşdiriləcək.

Nihadə Eyyubova
Bu xəbər oxucular tərəfindən 1352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed