Şrift:
Təbrizdə Azərbaycanlı milli-mədəni fəal Mustafa Əvəzpur öz iş yerində yaxalanıb
11.04.2012 [11:38] - Güney Azərbaycan xəbərləri
Soydaşımız 09.04.2012-ci il tarixində islam inqilabı keşikçilər korpusu (SEPAH) məmurları tərəfindən tutuqlanıb və SEPAHın ETTELAAT bölümünə aparılıb.Əvəzpur bir neçə gün öncə şəhər prokurorunun müavini tərəfindən SEPAHın ETTELAAT bölümünə çağırılmışdır.Onun tutuqlanma səbəbi, atasının (mərhum Sadiq Əvəzpur) yas mərasimi ilə bağlı yayılan Bildirişlərin türk dilində yazdırılmasıdır.Xatırladaq ki, Mustafa Əvəzpur bundan öncə də dəfələrlə İran rejiminin təzyiqlərinə məruz qalıb və tutuqlanıb. O, tanınmış azərbaycanlı fəallardan biridir.
Bu xəbər oxucular tərəfindən 1305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed