Şrift:
“Ermənilərin milli kimliyi və Qafqaza köçürülməsi” mövzusunda tədbir keçirildi
12.10.2011 [18:54] - Gənclik, Siyasi partiyalar
Atamoğlan Məmmədli: “1989-cu ilə qədər ermənilər türkə qarşı 26 min kitab yazıblar”

Milli Dirçəliş Hərəkatı Partiyası “Elçibəy məktəbi” layihəsi çərvisində növbəti tədbirini keçirib. “Ermənilərin milli kimliyi və Qafqaza köçürülməsi” mövzusunda keçirilən tədbirin qonağı Bakı Dövlət Universitetinin dosenti, Qarabağ döyüşçüsü Atamoğlan Məmmədli idi. Tədbiri açıq elan edən partiyanın gənclər təşkilatının sədri Seymur Həsənli gənclərin xarici ölkələrdə ermənilərlə mübahisələrindən danışdı və sözü Atamoğlan Məmmədliyə verdi.
Atamoğlan Məmmədli çıxışına Bilqə xaqanın duası ilə başladı və mühazirəsinə davam etdi. “Bilqə xaqanın duası istər milliliyin, istər demokratiyanın, istərsə də beynəlxalq siyasətin özəyidir. Həmin dua Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında bir lövhədə vurulmalıdır. Bütün türk dövlətlərinin xarici siyasət doktrinası bu duaya əsaslanmalıdır.” -deyə əsas mövzuya keçid aldı.
“Hər bir millətin müqavimət qabiliyyəti var. Bütün sərvətlər, güc həmin istiqamətdə birləşəndə millət uğurlu nəticəyə gedir. Bu müqavimət qabiliyyəti bir növ lazer şüasına bənzəyir. Necə ki, lazer şüasını Aya göndərəndə orda dəlik açmaq gücünə sahib olur. Təəsüflər olsun ki, Azərbaycanda bir məmur müğənniyə 375 min dollarlıq maşın hədiyyə ala bilir, amma mənim ermənilərin bütün faktlarını ifşa edən kitabım əlyazma formasında toz basır. Buna görə də bizim müqavimət qabiliyyətimiz hələ zəifdir.”
“Kim sizə deyirsə ki, müharibə bitib, bilin ki, yalan deyir. Müharibə hələ davam edir. Sadəcə biz avtomatı qələmlə əvəz etmişik. Döyüşü isə uduzmuşuq. Bunun isə bir sıra səbəbləri var idi. Çünki biz SSRİ-dən şikəst doğulduq. Ziyalıların artıq beyni yuyulmuşdu. Sovet ziyalılarımızın əksəriyyətini ət maşınından keçirə bilmişdi. Mən də daxil olmaqla bizim kişi nəsil qadınlarımızın qarşısında başı aşağıdır.”- deyə ermənilərin ifşasına keçdi.
“Erməniləri ancaq öz mənbələri ilə ifşa etmişəm və bu işimi daha da gücləndirirəm. 1930-cu ildə erməni generalının Stalinə ermənilərin insan ciyərlərini yedikləri barədə məktubu var. Bu məktubu mənbədən çıxarmışam. Bundan başqa, ermənilər arxeoloji qazıntı həyata keçirmirlər. Çünki haranı qazırlar türkə məxsus əşyalar çıxır. Mən “Gəlmələr” kitabımda ermənilərin qəhrəman elan edib heykəl qoyduqları şəxsiyyətlərin əksəriyyətinin türk olduğunu sübut etmişəm. Unutmaq lazım deyil ki, Ermənistan siyasi termin kimi XX əsrdə meydana çıxıb. Bunu biz yox, Yüzbaşıyan deyir. Məndə Qafqazın Fransadan gətirilmə 150 il öncəki xəritəsi var. Orda Ermənsitan adlı dövlət yoxdur.”
“Ermənilər Bakıya Bokurakert deyirlər. Öz uşaqlarına təbliğ edirlər ki, ora işğal altındadır və babalarınızın başı orda erməni qəbirsanlığında yatır, onları xilas etmək lazımdır. 1989-cu ilə qədər ermənilər türkə qarşı 26 min kitab yazıblar. Mən isə 26 min kitaba bir cavab kimi “Gəlmələr” kitabını yazdım.”
“Qarabağ, SSRİ iqtisadiyyat nazirinin “Qarabağın iqtisadi cəhətdən Ermənistana birləşdirilməsi daha uyğundur” fikri ilə işğal olunmağa başladı. SSRİ mətbuata açıqlanan bu fikir ermənilər üçün rəhbərlik tərəfindən yandırılmış yaşıl işıq idi. Ermənilər bizim ağciyərimizi ağzımızdan çıxarıb əllərində sıxırlar. Qarabağın işğalı bizim üçün o deməkdir.”
“Unutmayaq! Azərbaycana qarşı erməni genosidi hələ də davam edir. Kür və Araz çayları 12 mənbədən çirkləndirilir” - deyə fikirlərini tamamladı.
Tədbirin sonunda gənclər mövzunun ikinci dəfə qoyulmasını təklif etdi. Bundan başqa mövzzu ilə əlaqədar cib kitabçasının hazırlanması təklif olundu. Seymur Həsənli bütün təkliflərin ən qısa zamanda dəyərləndiriləcəyini bildirdi.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed