Şrift:
ABŞ İraqın şimalındakı muxtariyyata 300 milyon dollarlıq silah verəcək
21.04.2017 [10:28] - Gündəm, Hərb
ABŞ İraqın şimalındakı kürd muxtariyyətinə təqribən 300 milyon dollarlıq silah-sursat və hərbi texnika verəcək.
Dövlət Departamenti ABŞ Müdafiə Nazirliyinin məsələ ilə bağlı təklifini dəstəkləyib.
Sövdələşmə Konqresin Nümayəndələr Palatası və Senat tərəfindən qəbul edilməlidir. Silahlar muxtariyyətin müdafiə ilə məşğul olan qurumuna veriləcək.
Bundan əlavə, amerikalı hərbçiləri bölgədəki kürdlərə təlimat da verəcək. Bunun üçün ABŞ İraqa əlavə hərbi qüvvə göndərəck.
Hazırda ABŞ-ın İraqda 4 min hərbçisi var.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed