Şrift:
Ümrə ziyarətində olan 26 nəfərlik qrup bazar günü Azərbaycana qayıdacaq
22.04.2017 [10:33] - Gündəm, İslam dini
Hazırda Səudiyyə Ərəbistanında Ümrə ziyarətində olan 26 nəfərlik qrup aprelin 23-ü - bazar günü Azərbaycana qayıdacaq.
Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.
Onun sözlərinə görə, Ümrə ziyarətinə növbəti qrup Ramazan ayının 15-dən, miladi təqvimlə iyunun 10-dan sonra gedəcək: "Ümrə ziyarətinə daha bir qrup Ramazanda, ayın 15-dən sonra gedəcək. Ramazan bayramından sonra Ümrə ziyarəti artıq yekunlaşır. Çünki bundan sonra Həcc ziyarəti üçün hazırlıqlar aparılır".
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 27-də başlayacaq. İyunun 26-da isə Ramazan bayramı qeyd olunacaq.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed