Şrift:
Türkiyə PKK-nı darmadağın etdi: 13 min ölü
02.05.2017 [11:49] - Gündəm, Hərb
Türkiyə kəşfiyyat orqanları ordunun PKK-çılara qarşı keçirdiyi əməliyyatların nəticələri ilə bağlı məlumat yayıb.

Axar.az Türkiyənin Sabah qəzetinə istinadən xəbər verir ki, kəşfiyyat hesabatında son 21 ayda 13 minə yaxın PKK-çının məhv edildiyi yazılıb.

Ordu Kandildəki terrorçu düşərgələrinin şəhərlə əlaqəsini kəsməklə buraya terrorçu axınının qarşısını alıb.

Türk əsgəri həmçinin PKK-nın “Şəhər döyüşləri” planını da fiyaskoya uğradıb. Sığınacaqları, silah anbarları və atəş nöqtələri məhv edilən PKK getdikcə süqut mərhələsinə yaxınlaşır.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed