Şrift:
Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək
15.05.2017 [10:20] - Mədəniyyət
İyunun 3-də Heydər Əliyev Sarayında unudulmaz və sevilən mahnıların müəllifi, görkəmli bəstəkar, xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konsertdə xalq artistləri Yalçın Rzazadə, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Ənvər Sadıqov, İlham Namiq Kamal, Əməkdar artistlər Anar Şuşalı, Zakir Əliyev, Teymur Əmrah, Lalə Məmmədova, Almaz Ələsgərova, İnarə Babayeva, müğənnilər Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Rəşad İlyasov, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, “Sevil” qrupu və başqaları iştirak edəcəklər.

Gecədə bəstəkarın “Bakı sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və s. sevilən mahnıları səsləndiriləcək.

Saat 19:00 –da baş tutacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir.
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed