Şrift:
Güneyli milli fəallar Salar Turi və Vəhid Həbib Çeşmənin məhkəmə işləri bitmir
04.05.2012 [10:44] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı fəallar Salar Turi və Vəhid Həbib Çeşmə 2012-ci fevralın 21-i (1390-cı il isfəndin 2-i) Səhənd şəhərində tutuqlanıblar.İlk olaraq Üskü şəhərinin istintaq idarəsində onların dosyesinə baxılıb. Müstəntiq qanunsuz qruplarda üzv olmaq və sistemin əleyhinə təbliğ ittihamlarını elan etdikdən sonra, dosye Üsküünün ümumi məhkəməsinə göndərilib.Üskü məhkəməsinin hakimi isə azərbaycanlı fəalların dosyesini Təbrizin inqilab məhkəməsinə göndərib. Hakim azərbaycanlı fəalların mülki vəsiqə qarşılığında azadlığa buraxılması məsələsini gələcək birinci məhkəmə iclasına qədər geri atıb.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar Salar Turi və Vəhid Həbib Çeşmə daha bir neçə azərbaycanlı fəalla birlikdə Təbriz zindanında saxlanılırlar.
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed