Şrift:
İngiltərənin Araşdırma Mərkəzi ABŞ və İran razılaşmasından danışıb
04.05.2012 [10:55] - Güney Azərbaycan xəbərləri
Əl-Ərəbiyyə telekanalının məlumatına görə, mərkəzi Londonda yerləşən “İnkişaf Araşdırmalar Mərkəzi” (Centre for Development Studies) 5+1 və İranın növbəti Bağdad görüşü tərəflər arasında razılaşma ilə sonunclanacağını bildirib.


Mərkəzin açıqlamasına görə, İran tərəfi uranın 20 faizdən artıq zəngilləşdirməməsi ilə bağlı razılaşacaq. Amma bunun qarşılığında Qərbin mövzu ilə əlaqədar xoşməramlığını göztərmək üçün embarqoların aradan qaldırılması şərtini irəli sürəcək.


Dünya birjalarında neftin bahalaşmasının sözügedən müzakirəyə ciddi təsir edəcəyini bildirən mərkəz, Avropa və Qərbin xəstə iqtisadiyyatının daha da çətin durumla üzləşməməsi üçün 5+1-in İranla razılığa gəlməkdən başqa çarəsi olmadığını vurğulayıb.


Suriya məsələsində ABŞ-ın müəyyən qədər geri çəkilərək beynəlxalq müşahidəçilərin bu ölkəyə göndərilməsində razılıq verməsi də, Bağdad görüşündə İranla müzakirələrin müsbət olacağından xəbər verir.
Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed