Şrift:
Referendum qərarı Kərkükdə gərginliyi artıracaq
16.06.2017 [10:42] - Xəbərlər, Türk dünyası-Turan
"İraq Kürd Regional Vilayətinin verdiyi referendum qərarı yanlışdır". Türkiyə mediası xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu qərar Kərkükdə gərginliyin artmasına səbəb olacaq: "Bu referendum qərarı yalnız problem yarada bilər. Ümid edirik ki, bu qərar tezliklə, ləğv ediləcək".
Qeyd edək ki, İraq Kürd Regional Vilayətində 25 sentyabrda müstəqilliklə bağlı referendum keçirilməsi haqda qərar verilib. Türkiyə, İran, Almaniya, ABŞ və s. ölkələr bu qərara qarşı çıxıb və İraqın ərazi bütövlüyünü dəstəkləyib.
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed