Şrift:
Urmuda Quşçulu Kazimxanla bağlı mərasim keçirilib
05.05.2012 [15:40] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı milli-mədəni fəalların Quşçulu Kazimxanla bağlı keçirmək istədikləri mərasimə maneə oldular, lakin mərasim başqa yerdə tutdu.Azərbaycanın digər qəhrəmanları kimi şovinist rejimin diqqətindən kənarda qalan Quşçulu Kazimxan, Cilolar və saldırqan kürdlərlə mübarizənin simvollarından biridir. Milli-mədəni fəallar sözü gedən qəhrəmanımızı yad etmək üçün dünən (mayın 4-ü , ordibeheştin 15-i) onun və səngərdaşlarının mübarizə meydanı olan Quşçuya tərəf yola düşüb və Kazımxan daşında mərasim keçirmək istəyiblər. Məlumata görə, Kazımxan daşına tərəf gedən yollarda yoxlama məntəqələri qurulub və avtomobillər durdurulub. Təhlükəsizlik qüvvələri sərnişinlərdən şəxsiyyət vəsiqəsi tələb ediblər və bir sıra yoxlamalardan sonra onların bir çoxunu qayıtmağa məcbur ediblər. Lakin bütün bunlara baxmayaraq bir çox milli-mədəni fəal yollarını dəyişib və Nazlıçay kənarında mərasim keçirməyə müvəffəq olublar.Mərasimdə çıxışlar olub, ana dilimizdə şeirlər oxunub və Azərbaycanın milli rəqsi nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 1455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed