Şrift:
Güney Azərbaycanın müxtəlif şəhərlərində əhali “Samin” kredit təşkilatı şöbələrinin önünə toplaşıb
19.06.2017 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif şəhərlərində “Samin” kredit təşkilatının müflis olduğu ilə bağlı xəbər yayıldıqdan sonra əmanətçilər kredit təşkilatı şöbələrinin önündə toplaşıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, iyunun 18-də Miyana, Meşginşəhr, Astara və Parsabadda əmanətçilər “Samin” kredit təşkilatı şöbələrinə müraciət edib, pullarını geri almaq istəyiblər. Ölkənin daha bir neçə şəhərində də oxşar hadisə baş verib.
Güney Azərbaycanın müxtəlif şəhərlərində əhali “Samin” kredit təşkilatı şöbələrinin önünə toplaşıb
Kredit təşkilatının Miyana şöbələrindən birinin rəisi bildirib ki, əmanətçilərin pulunu qaytarmaqda heç bir problem yoxdur və bir həftə ərzində hər şey öz qaydasına düşəcək. O əlavə edib ki, ““Samin” digər kredit təşkilatı olan “Kövsər”lə birləşib. Bu xəbər yayıldıqdan sonra əhali kredit təşkilatının müflis olduğunu düşünərək bütün şöbələrə müraciət edib, öz əmanətlərini geri istəyiblər, nəticədə izdiham yaranıb.”
Güney Azərbaycanın müxtəlif şəhərlərində əhali “Samin” kredit təşkilatı şöbələrinin önünə toplaşıb
“İlna” xəbər agentliyi isə iyunun 18-də yaydığı məlumatda bildirib ki, “Samin” kredit təşkilatı mərkəzi bankdan lisenziya almayıb və qanunsuz olaraq fəaliyyət göstərir. Ona görə də mərkəzi bank bu məsələdə cavabdehlik daşımır.

Bu barədə sözügedən kredit təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsindən “İlna” xəbər agentliyinin müxbirinə qısa cavab verilib: “bu barədə bütün məlumatlar rəsmi saytımızda dərc olunub. Hazırda sizə bildirmək üçün heç bir yeni məlumat yoxdur”.

Son aylarda İranda bank olmayan kredit təşkilatlarının bir neçəsində ciddi problemlər yaşanır. Əmanətçilər kredit təşkilatlarına qoyduqları pulları və onun faizini ala bilmir. Bu məsələ Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində hətta kütləvi etiraz aksiyalarına səbəb olub.

Əksər kredik təşkilatlarının məsulları hökumətin yüksək postlarında təmsil olunur. Onlar siyasi nüfuzlarından istifadə edərək mərkəzi bankdan lisenziya alib, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərirlər.
Güney Azərbaycanın müxtəlif şəhərlərində əhali “Samin” kredit təşkilatı şöbələrinin önünə toplaşıb
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed