Şrift:
Təbrizin imam cüməsi əhalini Azərbaycan əleyhinə aksiyaya dəvət etdi
05.05.2012 [17:19] - Güney Azərbaycan xəbərləri
Təbrizin "imam" cüməsi Müctəhid Şəbüstəri əhalini Azərbaycan dövləti əleyhinə aksiyaya dəvət etdi.Bu gün (05.05.2012-ci il) Təbrizdə keçirilən "cümə namazının" xütbələrində dedi: "Təbriz əhalisi Azərbaycan dövlətinin anti-İslam hərəkətlərinə etiraz olaraq 19 ordibehişt (8 may) çərşənbəaxşamı günü Azərbaycan Respublikasının Təbrizdə yerləşən konsulluğu qarşısında aksiya keçirəcək və əgər bu aksiyadan bir nəticəalınmasa, gələn cümə günü "cümə namazından" sonra mitinq keçirəcəyik ta ki, Azərbaycan Respublikası öz anti-İslam hərəkətlərini dayandırsın".
DAVAM.az:xatırladaq ki,İran rejiminin anti Azərbaycan siyasəti artıq açıqı şəkildə özünü büruzə verir. Təbirzin "imam" cüməsi İranın dini rəhbəri Əli Xamneyinin rəsmi nümayəndəsidir. 8 May müsəlman Azərbaycan Türkünün əzəli və əbədi torpağı olan Şuşanın işğalı günü rəsmi dövlət nümayəndəsinin Belə bir bəyanat verməsi, özünü müsəlman dövlət adlandıran molla rejimi himayədar olduğu erməni quldurlarına sadiqliyini nümayiş etdirir.
Bu xəbər oxucular tərəfindən 1251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed