Şrift:
“Qəbələ” Kiyev “Dinamo”su ilə qarşılaşacaq
21.06.2017 [10:56] - İdman
Avropa Liqasında mübarizə aparacaq “Qəbələ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Klubdan , “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsində daha 3 yoxlama görüşü keçirəcək.

Rəqiblərdən ikisinin adı və oyunların keçirilmə tarixi artıq müəyyənləşib. Baş məşqçi Roman Qriqorçuk ilk olaraq iyunun 30-da Albaniya klubu “Kukesi” ilə görüşdə yetirmələrini sınayacaq. Premyer Liqanın gümüş mükafatçısı iyulun 4-də isə Kiyev “Dinamo”su ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışının 1-ci mərhələsinə iyunun 22-də Bolqarıstan çempionu “Ludoqorets”ə qarşı görüşlə yekun vuracaq.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed