Şrift:
Calal Salehpur müvəqqəti azadlığa buraxılıb
07.05.2012 [13:57] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanlı milli-mədəni fəal Calal (Bulut) Salehpur mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Salehpur 20 milyon tümənlik mülki vəsiqə qarşılığında 2012-ci il mayın 3-ü sərbəst buraxılıb. O, bir neçə gün öncə milli mərasimlərdə iştirak etdiyinə və milli zəmində şeirlər səsləndirdiyinə görə yaxalanmışdır.

Məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəal keçmiş sənədinə görə sistemin əleyhinə təbliğ ittihamı ilə mühakimə olunacaq.

Məhkəmə iclası 2 gün sonra Təbrizin inqilab məhkəməsində baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed