Şrift:
Güney Azərbaycan milli- mədəni fəalı Behnam Şeyxinin Təbrizdə məhkəmə iclası keçirilmişdir
08.05.2012 [11:24] - Güney Azərbaycan xəbərləri
7 May tarixində Azərbaycan milli- mədəni fəalı Behnam Şeyxinin Təbrizdə məhkəmə iclası keçirilmişdir. Bu məhkəmə Təbriz inqilab məhkəməsinin birinci şöbəsində Həməlbər adlı hakimin başçılığı ilə keçirilmişdir. Behnam bəyin ittihamları İran İslami cümhüriyyətinə qarşı təbliqat və milli güvənliyə qarşı toplaşma və iş birliyi olmuşdur.

50 min dollarlıq girovla azadlıqda olan Behnam Şeyxi, təxminən bir ay öncə də Nəmin şəhərinin yol polisi durağında İttilaat məmurları tərəfindən tutuqlanıb və oradan Ərdəbil şəhərinin İttilaat idarəsinə göndərilmişdi.

Behnam Şeyxi həm də Tehran İnqilab məhkəməsinin 26-cı şöbəsində Pirəbbasi adlı hakimin başçılığında keçirilən məhkəmədə qanunsuz qruplara üzv olmaq və milli güvənliyi pozmaq üçün toplaşma və iş birliyi ittihamları ilə mühakimə edilmişdi. Tehranda keçirilən məhkəmə iclasının qərarı isə 5 illik təliqi ya asılı həbs olmuşdu.

Təbriz məhkəmə iclasının qərarı hələlik verilməmişdir.
Bu xəbər oxucular tərəfindən 1362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed