Şrift:
Bir qrup Güney azərbaycanlı jurnalisti və incəsənət adamını Təbrizdən Tehrana aparan avtobus qəzaya uğrayıb
08.05.2012 [12:51] - Güney Azərbaycan xəbərləri
Hadisə mayın 6-da Zəncan-Miyana yolunda baş verib.

Avtobus sürücüsü yerindəcə həlak olub, 18 nəfər isə ciddi bədən xəsarəti alıb.

Yaralılardan 9-u Zəncan, qalanları Miyana xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların adları açıqlanmayıb.

Güney azərbaycanlı jurnalistlər və incəsənət adamları Tehrana beynəlxalq kitab sərgisində iştirak etmək üçün gedirmiş.
Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed