01.07.2017 [11:36] - Gündəm, Afişa
Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət "Günay" teatr studiyası R.Behbudov adına Mahnı Teatrında mövsümün bağlanışını qeyd edib. 2 gün keçən tədbirin ilk günü Qrim qardaşlarının nağılı əsasında Larisa Tarusovanın quruluşunda "Ağca və yeddi cırtdan" tamaşası nümayiş olunub. İkinci gün isə studiyanın repertuarından maraqlı nömrələrlə şou proqram keçirilib.
Tədbirdən sonra teatrın direktoru İntiqam Soltan tərəfindən studiyanın üzvlərinə fəxri fərmanlar təqdim olunub. Tədbirin rejissoru Larisa Tarusova, xoreoqraf Günəş Talıbovadır.
Tədbirdən sonra teatrın direktoru İntiqam Soltan tərəfindən studiyanın üzvlərinə fəxri fərmanlar təqdim olunub. Tədbirin rejissoru Larisa Tarusova, xoreoqraf Günəş Talıbovadır.
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |