Şrift:
Avropa Azərbaycanlıları Konqresi Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı müraciət yayıb
08.05.2012 [17:28] - Diaspor
Avropa Azərbaycanlıları Konqresi (AAK) Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar AAK üzvləri, Avropada yaşayan azərbaycanlılara ünvanlanmış müraciət yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə hazırda erməni işğalı altında olan Şuşa şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri olduğu bildirilir, onun əsasının Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən qoyulduğu bildirilir.
Müraciətdə Şuşanın 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə işğal etdikləri, nəticədə 200-ə yaxın insanın qətlə yetirildiyi, 600 nəfərin yaralandığı, 150 nəfərin əlil olduğu, 552 körpənin yetim qaldığı, 20 mindən artıq əhalinin isə məcburi köçkün vəziyyətinə düşdüyü qeyd olunub: “Şuşanın işğal günü bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbə və dərddir”.
AAK prezidenti Samira Patzer-İsmailovanın imzaladığı sənəddə daha sonra deyilir: “Avropa Azərbaycanlıları Konqresi bir daha beynəlxalq təşkilatlara üz tutaraq erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasını tələb edir, bütün Avropa Azərbaycanlılarını yaşadıqları ölkələrin ictimaiyyətinə, dövlət və qeyri-dövlət qurumlarına erməni işğalçıları tərəfindən Azərbaycan xalqına, onun tarixi və mədəniyyətinə qarşı törədilmiş cinayətləri açıqlamağa çağırır”.
Bu xəbər oxucular tərəfindən 1194 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed