Şrift:
İran rəsmisi: Tehranın nüvə bombası düzəltməyə imkanı var
09.05.2012 [11:27] - Güney Azərbaycan xəbərləri
Nüvə silahı düzəltmək üçün İranın kifayət qədər elmi bazası var. Bunu iranlı millət vəkili Qolamreza Mesbah Moqəddəm bildirib.

O qeyd edib ki, İran nüvə silahının istehsalında istifadə olunan zənginləşdirilmiş uranı çox asanlıqla alır, amma bu yol tamamilə İranın maraqlarına ziddir.

«Associated Press» agentliyi yazır ki, Moqəddəm İranın nüvə silahı texnologiyasına malik olduğunu etiraf edən ilk məmurdur.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed