Şrift:
İnqilab məhkəməsi Cəmşid Zarei barədə çıxarılan qərarı qüvvədə saxladı
09.05.2012 [12:37] - Güney Azərbaycan xəbərləri
Təbrizin inqilab məhkəməsi azərbaycanlı fəal Cəmşid Zarei və onun vəkili Yusif Molayinin etirazını rədd edib.İnqilab Məhkəməsi azərbaycanlı fəal barədə çıxarılan 2 illik həbs qərarı qüvvədə saxlayıb.Cəmşid Zarei 2011-ci il avqustun 24-ü Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan 29 azərbaycanlı fəaldan biridir. Məhkəmə qiyabı hökm çıxardığı üçün, qərara etiraz şansı tanınmışdır. Lakin qanuni etiraz heç bir nəticə verməyib və Təbrizin inqilab məhkəməsinin 1-ci şöbəsinin hakimi Həmlbər 2 illik həbs qərarını qüvvədə saxlayıb.Qeyd edək ki, Həmlbər azərbaycanlı fəallara qarşı çıxardığı ağır hökmlərlə tanınan hakimdir.Xatırladaq ki, Cəmşid Zarei tanınmış azərbaycanlı milli-mədəni fəallardan biridir. O, mədəni fəaliyyətlərinə görə dəfələrlə yaxalanıb, mühakimə olub və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 1426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed