Şrift:
Ankarada Güney Azərbaycan forumu
11.05.2012 [14:55] - Güney Azərbaycan xəbərləri
12-13 May 2012 tarixlərində Ankarada Güney Azərbaycan mövzulu bir Forum təşkil ediləcək. Aylardır üzərində çalışılan forumun Türkiyənin paytaxtı Ankarada keçirilməsi böyük bir əhəmiyyət daşıyır.

Foruma Türkiyədə olan Türk Dünyasının dəyişik bölgələrinin dərnəkləri də qatılacaqlar. Güney Azərbaycanın problemlərinin görüşüləcəyi yığıncaq Ankara Sürməli Otelində ediləcək. Forumun təşkilatçılarından Camal Mehmethanoğlu etdiyi açıqlamada, Azərbaycan və Türklük sevdalılarının bu foruma qatılmalarını və fikirlərini ifadə etmələrini istədi.

Forumda müxalif, iqtidar və fərqli görüş ayrı-seçkiliyi edilmədən dostanə bir şəkildə ortaq zəmin tapma işləri görüləcəyini ifadə edən Mehmethanoğlu artıq Azərbaycan Türklərinin daha güclü olması lazım olduğunu söylədi.
xatırladaq ki,formuda iştirak etmək üçün 10.05.2012-ci il tarixində Bakıdan 50 nəfərə yaxın soydaşlarımız yoladüşüb. Güney Azərbaycan Formunda MDHP sədri millət vəkili Fərəc Quliyevlə yanaşı MDHP Gənclər təşkilatının sədri Seymur Həsənli,Hüseyin Günəşli və bir çoc milli fəallar iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 1295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed