Şrift:
Bal kimi yemişi balsız yeyin - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN
15.07.2017 [11:00] - Sağlıq
İsti yay günlərində sərin və bal kimi yemişin öz ləzzəti var. Ləzzəti ilə yanaşı onun orqanizm üçün faydaları da saysız hesabsızdır.

Onlar hansılardır?

1. Yemiş böyrəkləri təmizləyir, böyrək daşlarının tökülməsiə kömək edir, sidikqovucu xassəyə malikdir.

2. Qəbzliyi olanlar üçün yemişdən istifadə xeyirlidir.

3. Bağırsaqların fəaliyyətinin yaxşılaşdırır.

4. İmmun sistemini gücləndirir, bədənin ümumi tonusunu normallaşdırır.

5. Yemişdən müntəzəm istifadə edildikdə dəriyə müsbət təsir göstərir.

6. Yemiş həmçinin sinir sisteminə də müsbət təsir göstərir, normal yuxunu təmin edir.

7. Ağır xəstəliklərin müalicəsindən sonra orqanizm üçün tələb olunan vitaminlərin bərpa olunmasında yemiş olduqca faydalıdır.

8. Kişilərin cinsi fəaliyyətinin gücləndirilməsində yemiş və onun tumları təbii afrodiziakdır.

9. Yaddaşında problem olanlar üçün də yemiş ən yaxşı vasitələrdən biridir.

10. Ürək damar xəstəliklərinin profilaktikası üçün yemiş faydalıdır.

Faydaları ilə yanaşı yemişin əks göstəriciləri də var. Şəkərli diabetlərə, mədə və onikibarmaq bağırsağında xora olanlara yemişdən istifadə məsləhət görülmür.

Yemişlə digər qida məhsullarını qarışdırmaq faydasından çox ziyan verə bilər. Belə ki, yemişdən sonra su, süd içmək, alkoqollu içkilər qəbul etmək və artıq el arasında tez-tez səslənən yemişlə bal yemək orqanizm üçün ciddi problemlər yarada bilər. Ona görə də yemiş yedikdən sonra digər qida məhsullarını qəbul etmək üçün 2-3 saat fasilə vermək lazımdır. Yemişin üstündən maye qəbul edildikdə mədə bağırsaq sistemində pozğunluq əmələ gəlir, yaxud yemişlə balı bir yerdə qəbul etdikdə mədədə alınmış ağır kütlə həzm problemi yaradır. Buna görə də ürəyinizdən yemiş yemək keçəndə bu məsələlərə diqqət yetirin.


İlham Cəmiloğlu
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed