Şrift:
Urmiyədə ətraf mühit tərəfdarı Məhəmməd Hüseynzadə azadlığa buraxılıb
17.07.2017 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 14-ü axşam saatlarında Urmu gölü körpüsü üzərində gölün qurumasına etiraz olaraq insan zənciri aksiyası keçirilib.

Məlumata görə, artıq aksiyada tutulanlardan Məhəmməd Hüseynzadə azadlığa buraxılıb.

Cümə günü yüzlərlə ətraf mühit tərəfdarının toplandığı dinc yığıncaq İran təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb, etirazçılara məxsus bir neçə avtomobil təhlükəsizlik qüvvələri tərəfindən zəbt olunub. Buna baxmayaraq fəallar körpünü bir neçə dəqiqə bağlayaraq “Urmu gölü susuzdur – Azərbaycan oyanmasa uduzdu” və s. kimi şüarlar səsləndiriblər.

Təhlükəsizlik qüvvələri Urmu gölü körpüsü istiqamətində olan yollarda təhlükəsizlik tədbirlərini gücləndirib, onlar böyük insan zənciri aksiyasının qarşısını almaq məqsədi ilə insanların Təbriz-Urmiyə yolunun kənarında dayanmasına icazə verməyiblər.

Ətraf mühit tərəfdarları aksiyanın keçirilməsinə səbəb kimi Urmu gölündə vəziyyətin günü-gündən pisləşdiyini göstəriblər.

İyulun 13-də Urmiyə Şəhər İcra Hakimiyyəti bəyanat yayaraq Urmu gölü ilə bağlı nəzərdə tutulmuş aksiyanın qanunsuz olduğunu elan edib, aksiyaya qarşı önləyici tədbirlər görəcəklərini bildirmişdir.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed