Şrift:
Səudiyyə Ərəbistanı şahzadəsi Kralın əmri ilə tutulub
21.07.2017 [10:30] - Hüquq
Ər-Riyad polisi Səudiyyə Ərəbistanı Kralının fərmanı ilə onun ailə üzvünü sosial şəbəkələrdə yayılan və şahzadənin insanlara, o cümlədən qadınlara hücum etdiyini göstərən videoçarxlara və fotoşəkillərə görə həbs edib.

Yerli KİV-lər yazır: “Kral Salman bin Əbdüləziz Al Səud 27 yaşlı Səud bin Əbdüləziz bin Müsaidin dərhal tutulması, səlahiyyət həddinin aşılması və qanun pozuntusu ilə müşayiət olunan bu rüsvayçı videoçarxlarda onunla birlikdə görünən hər kəsin həbsə atılması barədə fərman verib”.

Fərmana görə, səlahiyyətli orqanlar şahidləri dinləyərək, məsələni araşdırmalıdırlar.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed