Şrift:
İranın ölkəmizlə bağlı təhlükəli planı üzə çıxdı
16.05.2012 [14:13] - Güney Azərbaycan xəbərləri, Borçalı
İran son illər bölgədə özünün siyasətini diktə etmək məqsədi ilə müxtəlif planlar həyata keçirməyə başlayıb.

Bu planlardan biri də, Azərbaycan və Gürcüstanda məhsəplərarası ixtişaşlar yaratmaqdır. Gürcüstandakı etibarlı mənbədən “Vətəninfo.az”a daxil olan məlumata görə, İran bu məqsədlə Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə insanların şiə məhsəpinə cəlbi üçün işlər görülür. Belə bir planın həyata keçirilməsində Gürcüstan hökumətinin özü də maraqlıdır. Buna bariz nümunə olaraq, yeni yaradılmış Gürcüstan Müsəlman İdarəsinə bir millət vəkili, bir qubernator müavini və kənd təsərrüfatı nazirinin müavinin təyin edilməsidir.
Bununla da İranın mənfur planına Gürcüstan dəstək verməyə çalışır.
Mənbənin iddiasına əsasən, molla rejimi planın həyata keçirilməsinə 250 milyon dollar vəsait ayırıb. Artıq layihənin ilkin mərhələsində 100-dən çox gürcüstanlı soydaşımız İranın müxtəlif şəhərlərində dini təhsil almağa göndərilib.
Planın ikinci mərhələsi isə ondan ibarətdir ki, Gürcüstan dövləti ilə birlikdə rəsmi Tehran Borçalıda yaşayan soydaşlarımız arasında məhsəp qarşıdurması yaradaraq nəzarəti öz əllərində saxlamaqla bərabər, Azərbaycan hökumətinə də bu yolla müxtəlif təzyiq imkanlarını gerçəkləşdirsinlər. Verilən məlumatda o da qeyd olunur ki, Gürcüstan və İran rəhbərlikləri gizli şəkildə müxtəlif anlaşmalar imzalayıblar. Bu anlaşmalardan biri Gürcüstanda həyata keçirilən torpaq islahatları zamanı soydaşlarımıza məxsus torpaqların İran əsilli ermənilərə satılmasıdır. Qeyd edək ki, bir müddət əvvəl məlumat yayılıb ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev soydaşlarımızın torpaqları əllərindən çıxmasın deyə, şəxsi büdcəsindən müəyyən qədər vəsait ayıraraq, həmin torpaqların soydaşlarımızda qalması yolunda addımlar atıb. Amma mənbəmizin verdiyi məlumatda bunun əksi görünür.
Məlumata görə, Gürcüstan rəhbərliyi ARDNŞ rəhbərinin bu istəyini rəsmi Bakının mövqeyi olaraq gördüyündən, tələsik həmin torpaqların bir qismini erməni əsilli Gürcüstan vətəndaşına satılmasını həyata keçirib. Həmin şəxsin hazırda Rusiyada böyük bizneslə məşğul olduğu və bu torpaqların ona məxsus olması ilə bağlı rəsmi sənədlər əldə etdiyi deyilir. Azərbaycan hökumətinin Gürcüstanın və İranın (Ermənistanda daxil olmaqla) bu niyyətini bildiyi və proseslərin qarşısını almaq üçün hərəkətə keçdiyi vurğulanır.
Bu xəbər oxucular tərəfindən 1750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed