Şrift:
Güney Azərbaycanda bir ilk: Qadın rejissorun tamaşası səhnələşdirilir
12.08.2017 [10:19] - Güney Azərbaycan xəbərləri, Afişa, Güney Azərbaycan-Təbriz
Təbrizdə türkcə hazırlanan “Paşa” tamaşası səhnəyə çıxarılır.

Tamaşa Azərbaycan Məşrutə inqilabı dövrünün tanınmış mücahidlərindən olan “Zeynəb Paşa” və onun mübarizə həyatından bəhs edir.

Ssenarisi Əkbər Şəriət tərəfindən yazılan “Paşa” tamaşasının rejissoru xanım Nazila İranzad Benamdır.

Sentyabrın 8-də Təbrizdə səhnəyə çıxarılacaq “Paşa” tamaşası, Güney Azərbaycanda qadın rejissor tərəfindən səhnələşdirilən ilk tamaşa olacaq.

Güney Azərbaycanda bir ilk: Qadın rejissorun tamaşası səhnələşdirilir

Zeynəb Paşa, Bibi Zeynəb vəya Zeynəb Bacı, Azərbaycan müasir tarixinin qəhrəmanlarından olan, Təbrizin Əmizeynəddin məhəlləsinin yoxsul sakini Şeyx Süleymanın qızıdır.

Zeynəb Paşa və onun qadın əqidədaşları Qacarlar dövrünün axırlarında istibdada qarşı mübarizədə böyük rol oynayıblar. Onlar demokratiya və məşrutə inqilabı uğrunda azərbaycanlı kişilərlə çiyin-çiyinə mübarizə aparıblar.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed