Şrift:
Azər Sarıoğlu: Azərbaycan Respublikasında güney hərəkatına diqqət keçmişdəki qədər deyil – Audio / Müsahibə
09.09.2017 [11:30] - Gündəm, Müsahibə
Azər Sarıoğlu ölkə xaricində fəaliyyət göstərən güney təşkilatlarının beynəlxalq qurumlar və böyük dövlətlər ilə əlaqə qurmaqda uğurlu olmadıqlarını hesab edir.

“Amerikanın Səsi”nə danışan jurnalist Güney Azərbaycanda cərəyan edən milli hərəkata mənsub təşkilatların fəaliyyətləri haqqında öz düşüncələrini paylaşıb.

Azər Sarıoğlunun fikrincə, Azərbaycan Respublikasında güneydə baş verənlər ilə maraqlanan insanlar üçün milli hərəkatın vəziyyətinə dair dəqiq informasiya əldə etmək asan deyil.

“Güney Azərbaycanla bağlı tam dəqiq diaqnoz qoymaq çətindir. Çünki, rejim orada informasiya blokası tətbiq edir... Müəyyən informasiyalar alırıq və bunlara görə, az da olsa, bizdə bu qənaət yaranır ki, bizim orada hərəkatımız var. Amma, hərəkatın səviyyəsinə dair bizdə dəqiq məlumat yoxdur. Buna görə, İran coğrafiyasındakı türklərin mübazirəsi ilə bağlı dəqiq məlumatımızın olduğuna əmin deyiləm," o bildirir.

O, güneydə milli hüquqlar uğrunda mübarizə aparanların olduğunu, lakin hələ də bu hərəkatın önündə gedəcək, əksəriyyəti birləşdirəcək ə əksəriyyətin inamını qazanacaq vahid və güclü bir təşkilat və lider olmadığını önə çəkir.

"Ayrı-ayrı çox mübariz insanlarımız, ziyalılarımız və savadlı liderlərimiz var. Amma, əksəriyyəti birləşdirə bilən biri hələ ki yoxdur,” o, deyir.

Jurnalist xaricdə fəaliyyət göstərən güney təşkilatların əsas fəaliyyətinin daxildəki hərəkata informasiya dəstəyi verməkdən ibarət olduğunu önə çəkir.
“Ayrı-ayrı təşkilatlar var. Əllərindən gələni edirlər. Amma, əsas fəaliyyətləri informasiya dəstəyi vermək və ayrı-ayrı yerlərdə toplaşıb problemlərlə bağlı müzakirə aparmaqdır. Mən hesab edirəm ki, bu fəaliyyət qənaətbəxş deyil,” deyə Azər Sarıoğlu dilə gətirir.

Onun sözlərinə görə, “güneyin səsi sadəcə Azərbaycan Respublikasına deyil dünya ictimaiyyətinə də çatdırılmalıdır. Hazırda, bu sahədəki təmaslar zəifdir...[Güney təşkilatlarının] beynəlxalq təşkilatlar və böyük dövlətlərlə əlaqə qurmaq və onların dəstəyini almaq istiqamətində fəaliyyət göstərməsi daha doğru olardı. Mənə görə, güneydəki hərəkata da ən böyük dəstək bu şəkildə olardı. Quzey Azərbaycanda fəaliyyət göstərilsin amma qərbdə fəaliyyətin artırılması lazimdir.”

Azər Sarıoğlu həmçinin Azərbaycan Respublikasında güney hərəkatına diqqətin Bütöv Azərbaycan Birliyinin fəaliyyət göstərdiyi dönəmlərə görə daha az olduğunu qeyd edir.

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

TIKLAYARAQ DİNLƏYİN
Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed