Şrift:
Bakıda, İsveçdə , Hollandiyada,Almaniyada və Ankarada İran əleyhinə aksiyalar keçirilib (VİDEO)
22.05.2012 [09:52] - Xəbərlər, Diaspor
Bakıda, İsveçdə , Hollandiyada,Almaniyada və Ankarada İran əleyhinə aksiyalar keçirilib (VİDEO)

İsveçdəki İran səfirliyinin qarşısında və Niderlandın Haaqa şəhərində bu ölkənin parlamenti qarşısında İran əleyhinə aksiyalar keçirilib. Aksiya iştirakçılarının əsas tələbi İranın azərbaycanlıların daxili işlərinə qarışmaması, İrandakı azərbaycanlıların hüquqlarının təmin olunması və Azərbaycana qarşı aparılan kampaniyalara son qoyulmasıdır. Aksiya iştirakçıları İranın Cənubi Azərbaycanda insan hüquqlarını pozması, azərbaycanlıların öz dillərində təhsil almasına imkan verməməsi və Azərbaycan respublikasının daxili işlərinə qarışmasına öz etirazlarını bildiriblər. İran əhalisinin yarıdan çoxunu azərbaycanlıların təşkil etməsinə baxmayaraq hakimiyyət tərəfindən onların ikinci dərəcəli xalq hesab edildiyi bildirilib.Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının, eləcə də İran azərbaycanlılarının təşkil etdiyi aksiyada İranın Azərbaycanın daxili işlərinə qarışması, "Avroviziya" mahnı müsabiqəsinin Bakıda keçirilməsinə qarşı çıxması pislənib. Benelux azərbaycanlıları tərəfindən təşkil edilən etiraz nümayişində İran əleyhinə şüarlar səsləndirilib.İtaliyada, Fransada, Böyük Britaniyada, həmçinin Amerika Birləşmiş Ştatlarında İranın Azərbaycana qarşı siyasətinə etiraz olaraq aksiyalar keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed