Şrift:
Belçikada Azərbaycan havası
22.05.2012 [12:28] - Diaspor
Bu gün Belçikanın La Louviere şəhərində yerləşən Azərbaycanlıların "Dayaq" təşkilatı Brüssel şəhərində rusdilli diaspora təşkilatlarının federasiyası ilə birgə festival keçirib. Tədbirdə Belçikada fəaliyyət göstərən rusdilli diaspora təşkilatlarının federasiyasına daxil olan onlarla təşkilat iştirak edib.

Verilən xəbərə görə, tədbirə rusların, özbəklərin, qırğızların, tatarların, gürcülərin, osetinlərin, ukraynalıların və s. millətlərin diaspora təşkilatları da öz proqramları ilə qatılıb. "Dayaq" cəmiyyəti də Azərbaycam diasporasının nümayəndəsi kimi orada iştirak edib. Cəmiyyət Azərbaycanla bağlı stend quraraq ölkəmizin tarixini, mədəniyyətini, folklorunu təbliğ edib. Stenddə Azərbaycanın tarixini, coğrafiyasını, mədəniyyətini əks etdirən müxtəlif broşuralar, kitablar, bukletlər paylamış, o cümlədən milli mətbıximiziə aid olan ləziz yeməkləri tədbir iştirakçılarına təqdim olunub. Tədbir açıq hava şəraitində Brüsselin tanınmış məkanı olan San Katrin parkında keçirilib. Bu təqdimat yüzlərlə belçıkalı və belçikada yaşayan xalqların marağına səbəb olub. Çoxsaylı iştirakçılar bu təqdimatdan məmnun olduqlarını bildirib, Azərbaycanla bağlı müxtəlif suallar ünvanlayıblar. Tədbirin gedişatında Azərbaycanın müxtəlif estrada musiqiləri səsləndirilib və Belçikada təmsil olunan gürcü diasporasının üzvləri ilə birlikdə müxtəlif rəqslər tədbir iştirakçılarının hədsiz marağına və coşqusuna səbəb olub. Sonda çıxış edən "Dayaq" cəmiyyətinin prezidenti Asəf Bağırov tədbirdə iştirak edən bütün iştirakçılara minnətdarlığını bildirib və izləyənlərin Azərbaycan haqqında maraq dolu suallarına cavab verərək tədbirin təşkilində dəstək verən Belçika hökumətinə və rusdilli ölkələrin diaspora federasiyasına öz təşəkkürünü bildirib.
Bu xəbər oxucular tərəfindən 1235 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed