Şrift:
Əl-ibadi Barzanini hərbi müdaxilə ilə təhdid etdi
18.09.2017 [10:43] - Gündəm, Siyasət
İraqın baş naziri Heydər Əl-ibadi İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyini hərbi müdaxilə ilə hədələyib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

İraqın baş naziri kürdlərin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqilliklə bağlı referendum aktının şiddətə yol açacağı halda bölgəyə hərbi müdaxilə edəcəklərini bəyan edib: "Biz buna hazır vəziyyətdəyik".

Qeyd edək ki, İraq kürd muxtar bölgəsinin lideri Məsud Barzani sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi barədə birtərəfli qərar qəbul edib. İraq hökuməti, Amerika Birləşmiş Ştatları və bir çox dünya ölkələri referendumun qərarının ləğv edilməsini tələb edib.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed