Şrift:
Avropa Birliyinin liderləri Yunanıstanı avrozonada qalmağa çağırıb
24.05.2012 [11:11] - Gündəm, İqtisadiyyat
Avropa Birliyinin liderləri Yunanıstanı indiyədək əldə olunmuş razılıqlara əməl etməklə avrozonada qalmağa çağırıb.
“Reuters”in xəbərinə görə, AB ölkələrinin liderləri Brüsseldə keçirilən qeyri-formal sammitdə belə qərara gəliblər.
“Biz istərdik ki, Yunanıstan avrozonada qalsın. Ancaq yunanların əvvəllər əldə olunmuş razılaşmalara riayət etməsində israr edirik” - deyə Almaniya kansleri Angela Merkel bildirib.
Fransa prezidenti Fransua Olland da Yunanıstanın avrozonada qalmasının lehinə çıxış edib. O, Yunanıstanda iqtisadi artımın stimullaşdırılması üçün AB-nin struktur fondlarından istifadə etməyi təklif edib.
AB prezidenti Herman van Rompey də Yunanıstanın avrozonada qalmasını istəyib. O qeyd edib ki, 2010-cu ildən bəri AB və Beynəlxalq Valyuta Fondu Yunanıstan iqtisadiyyatının xilası üçün 350 mlrd. avro ayırıb: “Yunanlar avronun taleyi ilə bağlı qərarlarını iyunun 17-də keçiriləcək parlament seçkilərində verəcəklər”.
Bu xəbər oxucular tərəfindən 1283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed