Şrift:
Venesuela prezidenti Rusiya, Belarus və Türkiyəyə səfər edəcək
04.10.2017 [10:19] - Siyasət
Venesuela Prezidenti Nikolas Maduro "Rusiyanın enerji həftəsi" adlı enerjiyə qənaət və energetikanın inkişafı beynəlxalq forumunda iştirak etmək və Rusiya lideri Vladimir Putin ilə görüşmək məqsədi ilə Rusiyaya səfər edəcək.
Bu barədə Venesuela prezidentinin özü məlumat verib.
Onun sözlərinə görə, səfər zamanı V.Putin ilə çox əhəmiyyətli işgüzar görüş keçirəcək və iki ölkə arasında maliyyə, texnoloji və hərbi sahələrdəki əməkdaşlığı müzakirə edəcək.
N.Maduro Rusiyadan sonra Belarus və Türkiyəyə də səfər edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Belarusda mənzil tikintisi, sənaye inkişafı və ticarət sahələrində, Türkiyədə isə maliyyə, energetika, aqrar-sənaye və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed