Şrift:
Araz Qurbanovun “Müsəlman ermənilər” kitabı təqdim olundu
13.10.2017 [11:25] - Gündəm
Bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Müsəlman ermənilər" Regionda geosiyasi oyunların yeni iştirakçıları" kitabının təqdimat mərasimi keçirilib.

SAM-IN Daxili siyadətin təhlili şöbəsinin aparıcı elmi işçisi olan Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma "erməni soyqırımı" tələblərində fövqəladə, fövqəlgüclərin regionundakı geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılarından- müsəlman ermənilərdən, və "erməni" kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən, "Kimliyə qayıdış" və "Qarabağa dönüş" planlarından bəhs olunur.

Təqdimat mərasimində Azərbaycan Prezidentinin Administrasiyasının nümayəndələri, Milli Məclis üzvləri, alimlər, siyasi və hərbi ekspertlər, hüquq mühafizə orqanları və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak edib.

Tədbiri SAM-ın direktoru Fərhad Məmmədov giriş sözü ilə açıb. Xarici əlaqələr söbəsinin müdir müavini Ərəstü Həbibbəyli, kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Milli Məclisin üzvü, professor Musa Qasımlı, elmi rəyçilərdən siyasi elmlər üzrə elmlər doktoru, professor Ramiz Sevdimaliyev və tarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva və müəllif - Araz Qurbanov tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunub.

Əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistan və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəlmiş təhdidlər barədə məlumat verilib.

Onların neytrallaşdırılmasında düzgün təbliğat işinin əhəmiyyəti vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed