Şrift:
Artilleriyaçıların döyüş hazırlığını yüksəltmək məqsədi ilə yarış keçirilib
27.11.2017 [15:42] - Gündəm, Hərb
Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədi ilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub.
Minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv edib.
Tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək qalib gələn komandalar təltif olunub.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed