Şrift:
Almaniyada „Urmu Gölü Festivalı“ -na dəvət
08.06.2012 [13:05] - Gündəm, Diaspor
Avropada yaşayan Azərbaycanlılara Müraciət!



Urmu Gölünün faciəsinin qabağı bu gün alınmalıdır



neçə il sonra artıq gec olacacaqdır!"





əziz soydaşlar,



Urmu Gölü hələ ölməmişdir. Ancaq əgər biz bundan artıq hərəkətsiz-əməlsiz qalsaq, Azərbaycanımızın bu çırpınan ürəyi dayana bilər.



Urmu Gölünü qoruyub mühafizə etmək bizim hamımızın təbii, vicdani, əxlaqi, milli vəzifəmizdir. Biz bu vəzifəmizə əməl etməsək, Urmu Gölü quruya bilər və onunla da Azərbaycanımız bir səhralığa -kəvirə çevrilə bilər. Biz buna icazə verməməliyik, buna razı olmamalıyıq.

əziz soydaşlar,

Biz Avropada yaşayan bir sıra azərbaycanlılar, siyasi təşkilatların və başqa qurumların iştirakı olmadan, heç bir yerdən, heç bir qurumdan az olmuş -olsa da maddi yardım almadan, Almaniyanın Frankfurt şəhərinin kənarında yerləşən Heidelberg-də „Urmu gölü festivalı“nı planlaşdırmışıq.

Bu məqsədlə Heidelberg qalasının ətəyində olan „Leimen gölü“ kənarında böyük bir „Kamp“ kirayə edib, orda Azərbaycanın iki tayından olan böyük musiqi ustadlarımız, o cümlədən dünyanın ən böyük Tar ustadı Ramiz Qulyev və digərlərinin iştirakı ilə konsert təşkil etmişik.

Bundan başqa, Amerika-Almaniya institutunda Urmu Gölünün faciəsini əks etdirən sənədli filmlər yayımlanıb ,foto sərgi təşkil olunacaqdır

Urmu gölünün faciəsini dünya şöhrətli mütəxəssislərin dilindən eşidə bilmək üçün, şəhərin mərkəzində Ali bey Mehcubi ( Almaniya Parlamentinin ekoloji məsləhətçisi),

Uli Eichelmann və digər elmi , siyasi şəxsiyyətlər alman dilində (azərbaycan dilinə tərcümə olunacaqdır) məruzə edəcəklər.



əziz Azərbaycanlılar və Urmu Gölünü sevənlər!

Sizdən xahişimiz budur ki, məsələnin əhəmiyyətini və zərurətini nəzərə alaraq, 2012 ilin 7-ci ayının (Iyul) 6-8-ində, bütün siyasi mənsubiyyəimizi, ideologiyamızı və bayraqlarımızı evimizdə buraxıb , ancaq və ancaq Urmu Gölü naminə gözəl və səmimi bir atmosferdə bir araya gəlib Urmu gölünün faciəsini dünya ictimaiyyətinə çatdırmağa çalışaq

Yaddan çıxmamalıdır ki,

Urmu Gölünün öz həyatını davam etdirə bilməsi üçün hamımızın köməyinə ehtiyacı vardır.



Proqram:

06.07.2012 , cümə görüsh tanish-

07.07. 2012, şənbə Ramiz Quliev , və ..... havada konsert

08.07.2012,Bazar (1-şənbə) saat 11:00 Heidelberg qalasına simvoik yürüş

08.07.2012,Bazar saat :14.00-16.00 Elmi seminar



Konsert və seminarın daha dəqiq proqramı gələn bildirişlərdə ya www.urmu-golu-2012.de.tl -de yayımlanacaq.

-Konsert proqramina 10 yaşina kimi uşaqlarimizin girişi pulsuzdur.

-Konsert axşam isti yemekler ve içecekle bir yerde 50.€.

-Özlərilə yataq kisəsi getirən soydaşlarimiz çadirlarda yatmaq imkanlari olacaqdir.

Urmu Gölu 2012-müveqeti komitesi



Tel. +49 (0) 176 691 864 67 (Feramerz Aslan)

+49 (0) 176 834 261 80 (Hebib Maku)
Bu xəbər oxucular tərəfindən 1012 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed