Şrift:
Vyanada Tillerson və Lavrov arasında görüş keçiriləcək
02.12.2017 [11:13] - Gündəm, Siyasət
Avstriyanın paytaxtı Vyanada ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ikitərəfli görüş gələn həftə ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində baş tutacaq.

“Söhbət zamanı Şimali Koreya, Ukrayna və təbii ki, Suriyadakı vəziyyət müzakirə olunacaq. Görüş dekabrın 7-ə planlaşdırılıb, lakin bu tarix dəyişə də bilər”, deyə diplomat bildirib.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed