Şrift:
Yaponiya müsəlmanları ABŞ Prezidentinin Qüds barədə qərarına etiraz edirlər
16.12.2017 [11:00] - Gündəm, İslam dini
Tokioda yüzlərlə müsəlman ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı elan olunması barədə qərarına etirazlarını bildiriblər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, dekabrın 15-də ABŞ-ın Yaponiyadakı səfirliyinin qarşısına toplaşan müsəlmanlar əllərində plakatlar tutaraq, şüarlar səsləndiriblər.

Etiraz aksiyası Pakistanın Tokiodakı rezidenti Rais Siddiqi tərəfindən təşkil edilib. Etirazçılar bildiriblər ki, D.Trampın bu qərarı bütün dünyada sülhə təhdiddir. Onlar Yaponiyadakı tərəfdarlarını etiraz aksiyalarına qoşulmağa çağıraraq, İsrailin Qüdsü özünün daimi və bölünməz paytaxtı adlandırmasına etirazlarını bildiriblər. Eyni zamanda, beynəlxalq ictimaiyyət də bu mövqe ilə qətiyyən razılaşmır. Çünki Qüds yəhudilərlə yanaşı, xristianlar və müsəlmanlar üçün də müqəddəs şəhərdir. Fələstin administrasiyası isə bildirir ki, Qüdsün şərqi müstəqil Fələstin dövlətinin paytaxtıdır.

Xatırladaq ki, D.Tramp dekabrın 6-da verdiyi sərəncamla Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanıyıb və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsini tapşırıb. Bu qərara BMT, Avropa İttifaqı və Roma Papası Fransisk də daxil olmaqla beynəlxalq ictimaiyyət etirazını bildirib.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed