Şrift:
Mustafa Dənizli “Traxtur” klubu ilə razılığa gəldi
17.01.2018 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib, o türkiyəli mütəxəssis Mustafa Dənizlidir.
Türkiyə saytlarından yayılan məlumata görə, artıq bu barədə klub məsulları ilə baş məşqçi arasında müzakirələr aparılıb və tərəflər arasında razılıq əldə olunub. Bu haqda “A Haber” televiziyasında da məlumat yayılıb.
Məlumata görə, M.Dənizli mövsümün sonunadək “Traxtur”a baş məşqçi olacaq, o bunun üçün 400 min dollar qazanacaq.
M.Dənizli bundan öncə TRTSPOR Telekanalında danışarkən “Traxtur” klubu məsulları ilə müzakirələr apardığını bildirmişdir.
Türkiyəli baş məşqçi ötən illərdə İranın “Perspolis” və “Pas” komandalarında baş məşqçi olub.
Qeyd edək ki, hazırda super liqa yarışlarında 21 xalla (imtiyaz) 11-ci pillədə olan “Traxtur” Asiya Çempionlar Liqasında mübarizəni davam etdirir.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed