Şrift:
Gənclər tolerantlıq və qarşılıqlı anlaşma mövzularında maarifləndirilir
18.06.2012 [12:13] - Gənclik
“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi “Müxtəliflikdən Birliyə - Gənclərin Həmrəyliyi” adlı layihənin birinci mərhələsini uğurla başa çatdırıb.

İctimai Birliyin mətbuat xidmətindən Davam.Az-a verilən məlumata görə, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

Layihənin məqsədi gənclər arasında tolerantlıq, bütövlük və qarşılıqlı anlaşma ideyasının daha da möhkəmləndirilməsidir. Həmçinin layihənin ideyası yerli və beynəlxalq təşkilatların diqqətini Azərbaycanda mövcud olan tolerantlığa və mədəni müxtəliflik sahəsində mövcud olan əmin-amanlığa cəlb etmək, yerli və beynəlxalq müstəvidə gənclərin mədəniyyətlər və dinlərarası dialoqunu təşkil etməkdir.

Birinci mərhələdə təşkilat tərəfindən elan və layihə çərçivəsində keçiriləcək konfransda iştirak etmək üçün ərizə forması hazırlanaraq sosial şəbəkələr vasitəsilə gənclər arasında yayılıb.

Bununla yanaşı, Azərbaycanda mövcud olan tolerantlıq, eyni zamanda milli, dini, etnik azlıqlarla bağlı olan Azərbaycan dilində “Müxtəliflikdən Birliyə” adlı kitabça hazırlanıb və gənclər arasında ödənişsiz olaraq paylanıb.

Cari ilin iyul ayında keçiriləcək layihənin ikinci mərhələsi zamanı “Müxtəliflikdən Birliyə - Gənclərin Həmrəyliyi” adlı konfransın həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd olunan layihəyə “Gənclyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən cari ilin may ayında start verilib və layihə 2012-ci ilin sentyabr ayınadək davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 1129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed