Şrift:
Fərəc Quliyev islam ölkələrinin problemlərindən danışıb (video)
23.01.2018 [13:32] - Xəbərlər, Siyasət, İslam dini, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev İctimai Televiziyanın “Diqqət mərkəzində” verilişinin qonağı olub.
İslam Əməktaşlıq Təşkilatının Tehranda keçirilən toplantısının müzakirəsinə həsr edilmiş verilişdə millət vəkili əvvəlcə bu təşkilatın Ermənistan-Azərbaycan müharibəsinə münasibətindəki ədalətli dəyişikliklə bağlı izah verib və bunun arxasında Azərbaycan tərəfinin fəaliyyətinin asan olmadığını vurğulayıb. O, bəzi islam dövlətlərinin daha çox Ermənistana dəstək verdiyini, bəzilərinin iradəsinin öz əlində olmaması, bəzilərinin də siyasi arentasiyada əks qütblərdə dayanmaları səbəbindən Azərbaycan nümayəndə heyətinin ədalətli qərarlar əldə etməsi üçün ciddi əmək sərf etdiklərini bildirib.
Partiya sədri İƏT-nın qərarlarının tətbiqi məsələsinin qaneedici olmadığını, lakin qəbul edilmiş qətnamələrin üzv ölkələrdə ictimai fikirin formalaşmasında rolu baxımından uğurlu hesab edildiyini qeyd edib. O, bunun həm də gələcək addımlarda hüquqi sənəd kimi əsaslı olduğunu vurğulayıb.
F.Quliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bu cür qərarların qəbulu ilə yanaşı diaspor təşkilatlarının da ciddi çalışmalı olduğunu və fəaliyyət göstərdiyi ölkələrdə mətbuatdan geniş istifadə etmələri barədə çağırışlar edib.
Bunlardan əlavə millət vəkili islam ölkələrində mədəniyyət abidələrinə qarşı həyata keçirilən mənəvi terrorun miqyası və mahiyyəti barədə də açıqlamalar verib.
Fərəc Quliyevin həmin verilişdəki çıxışının vidosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed