Şrift:
“Traxtur” Mehdi Tarəminin etirafından sonra keçmiş mövsümdə çempion olduğunu iddia edir
26.01.2018 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yanvarın 22-də “Perspolis”in keçmiş oyunçusu Mehdi Tarəmi “Doxsan” proqramında keçmiş komandası və özünün saxtakarlığı haqda önəmli etiraf edib.

O bildirib ki, Rizespor klubuna qoşulmaq fikirindən daşındıqdan sonra, hələ bu klubla müqaviləsi ləğv olunmadan, “Perspolis”in ozamankı məsulları ilə birlikdə bu klubla olan müqavilənin 2016-cı il iyunun 19-da (Oyunçunun Türkiyəyə səfəri və Rizespora qoşulmasından əvvəl) uzadıldığını iddia ediblər. O əlavə edib ki, əslində Türkiyədə olanda “Perspolis” klubundan ona Email gəlib və bundan sonra rəsmən müqaviləni imzalayıb. Bu o deməkdir ki, “Perspolis” klubu və oyunçu bağlanan müqavilənin tarixi haqda yalan danışıb və bu şəkildə müqaviləni liqa təşkilatında qeyd etdirib və oyunçu üçün kart alıblar. M.Tarəmi Tehran klubu ilə bilərəkdən yalan danışdıqlarını rəsmən etiraf edib.

Bu etiraf sübuta yetirərsə “Traxtur” klubu ötən il super liqa oyunlarının çempionu sayılmalıdır. “Traxtur” klubunun məsulları da buna təkid edir.

Liqa Təşkilatı nizamnaməsinin 74-4 maddəsinə əsasən saxta müavilə ilə “Perspolis”ə qoşulan M.Tarəminin oynadığı oyunların hamısı 3:0 hesabı ilə rəqibin xeyirinə qəbul olunmalıdır.

Keçmiş mövsümdə “Traxtur” komandası bir oyunda “Perspolis”ə uduzub, digərində isə oyunu bərabər hesabla yekunlaşdırıb. “İstiqlal” isə “Perspolis”lə bir oyunu bərabər, digərini isə qələbə ilə başa vurub. Bu hesabla “Perspolis”lə oyunlar 3:0 hesabı ilə rəqib komandaların xeyirinə qəbul olunarsa, o zaman “Traxtur” komandası əlavə 5 xal əldə edir. Halbuki, “İstiqlal”ın aktivinə sadəcə 2 xal əlavə olunur. Bununla da “Traxtur” 61 xalla, 59 xalı olan “İstiqlal”ı geridə qoyaraq çempion olur.

Bu barədə “Traxtur” klubunun rəsmisi Kazim Mahmudi bildirib ki, “Bizim futbolda bəzi şeylər inanılmaz dərəcədə təəssüfvericidir. İranda milyonlarla gənc futbolu sevir və bütün xəbərləri izləyirlər. Futbolda bu qədər saxtakarlıq və yalan varsa, o zaman biz onlara nəyi nümunə göstərmiş oluruq?! Bəs İran futbolunun beynəlxalq aləmdə imicinin korlanmasına kim cavabdeh olacaq?!”

“Qanuna görə saxta sənədlər əsasında keçirilmiş görüşlərin nəticəsi dəyişdirilməlidir. Ona görə də biz bu məsələni Liqa Təşkilatı və Futbol Federasiyasında gündəmə gətirəcəyik. Edilən etiraf sübuta yetirərsə, “Traxtur” super liqanın çempionu sayılır. Həmçinin vurğulamaq lazımdır ki, M.Tarəmi “Perspolis”in əldə etdiyi uğurda çox böyük rol oynayıb. Halbuki, o ümumiyyətlə oyunlara qatıla bilməzdi. Bu çox böyük ədalətsizlikdir. Kubun qanuni vəkilləri bu məsələni araşdıracaq, biz haqqımızın tapdalanmasına icazə verməyəcəyik”- deyə klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu “Traxtur” klubuna qarşı edilən birinci haqsızlıq deyil. 2015-ci ildə də super liqa yarışlarının final oyununda “Traxtur”la “Neft”in oyunu zamanı məsullar səhənd stadionunda yaydıqları bir yalan xəbərlə “Traxtur”un çempion olmasına mane oldular.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed